Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki qarşılaşma baş tutub.

Mundiala hazırlaşan Misir yığması Küveytlə qarşılaşıb. Mohamed Salahsız meydana çıxan afrikalılar məğlubiyyətdən çətinliklə qaçıb - 1:1.

Digər görüşdə isə Keniya ilə Svazilend üz-üzə gəlib. Afrika təmsilçilərinin duelində 1 qol vurulub. Yeganə qola sevinən svazilendlilər səfərdən qələbə ilə dönə bilib.

Milli.Az