Bu barədə “ICTnews” elektron xəbər xidmətinə komissiyadan məlumat verilib.
Müsabiqəyə təqdim edilmiş 922 vakant dövlət qulluğu vəzifəsi sırasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) də 16 vakansiyası yer almışdı.
Dövlət qulluğunda çalışmaq istəyənlər RYTN-in müsabiqəyə təqdim etdiyi vakansiyalara xüsusi maraq göstərib.
Belə ki, DQMK-nın müsabiqə qaliblərinin dövlət orqanları üzrə açıqladığı statistikaya əsasən, RYTN-in 16 vakansiyasına 465 namizəd sənəd verib, onlardan 13-ü müsabiqənin qalibi olub.
CAHANGİR