Türkiyənin Qars Sarıqamış bölgəsində Barış Alkan adlı adam üçüncü uşağına 8 aylıq hamilə olan həyat yoldaşı Sezen Alkanla ötən gün mübahisə edib. Barış Alkan 2 və 4 yaşlarındaki iki uşağının gözləri qarşısında həyat yoldaşının boğazını, dodağını, qulağını kəsib, dəfələrlə bıçaqlayıb.

Sezen Alkan ölüb, uşaq isə qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilib. Qatil adam meşədə gizləndiyi ağac oyuğunda yaxalanıb. Sezen Alkanın əmisi Selahettin Ateş “ qardaşım qızı dəfələrlə polisə müraciət etdi. Dövlət isə o canini sərbəst buraxdı” deyib.

33 həftəlik olan körpə 4 həkimin müdaxiləsi nəticəsində dünyaya gəlib. Ana bətnində şiddətə məruz qalan körpənin vəziyyəti ağırdır.

https://metbuat.az/news/961601/bu-bitkiler-hem-de....