Bu gün milli komandalar arasında bir neçə yoldaşlıq görüşü keçiriləcək.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, son dünya çempionu Almaniya yığması mundialdan kənarda qalmış Avstriya seçməsi ilə üz-üzə gələcək.

Dünya çempionatının iddialı komandalarından İngiltərə millisi isə Nigeriya ilə qarşılaşacaq.

Son Avropa çempionu Portuqaliya yığması Belçika ilə münasibətlərinə aydınlıq gətirəcək.

Yoldaşlıq oyunları

2 iyun

18:30 Keniya - Yeni Zelandiya
20:00 Avstriya - Almaniya
20:15 İngiltərə - Nigeriya
21:45 İsveç - Danimarka
22:15 Monteneqro - Sloveniya
22:45 Belçika - Portuqaliya
23:00 İrlandiya - ABŞ

Milli.Az