Bakı Poladtökmə Zavodunun ərazisində yanğın söndürülüb.
Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanıb. Yanğın söndürülüb. İlkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb.
Xatırladaq ki, ötən gün Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m² sahədə yanmışdı.
XXX
Hazırda Binəqədi rayonunda yanğın baş verib.
Yanğının baş vermə səbəbi hələ bilinmir.
Metbuat.az hadisə ilə bağlı görüntüləri təqdim edir:
