Türkiyə Zonquldağda Halit T. adlı adam boşanma ərəfəsində olduğu həyat yoldaşının evinə gələrək iftar süfrəsində oğlu Həsən T. dən pul istəyib.

Metbuat.az-ın verdiyi məlumata görə, rədd cavabı aldıqda isə yanında gəzdirdiyi silahla oğlunu qarnından və ayaqlarından ağır şəkildə yaralayıb. Qonşuların xəbərdarlığından sonra hadisə yerinə gələn polislər qəzəbli atanı təsirsiz hala gətirərək qətliamın qarşısını alıblar.

Həsən T. təcili yardım avtomobili ilə özəl xəstəxanaya yerləşdirilib. Həyati riski davam edir. Halit T. isə polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma davam etdrilir.