Qorxunc ölüm

ABŞ-ın Pensilvaniya əyalətində yaşayan 17 yaşlı gənc qız evinin hamamında can verib.

Metbuat.az xəbər verir ki, Brianne Marie Rapp adlı qız keçən cümə günü məktəbə getmək üçün yuxudan oyanıb. Səhər saat 06 45 saatlarında duşa girən gənc qız duş qəbul edərkən can verib. Ölümünə səbəb olan şey isə qan dondurub.

Briannenin anası saatlar sonra onu hamamda ölmüş halda tapıb. O hamama girdikdə vanna su ilə dolu idi və Briannenin saçları vannanın dəliyini tıxamış halda olub.

Ata Rapp gənc qızın bir növ trioid dərmanı istifadə etdiyini, amma bu tipin ölümə səbəb ola biləcək növdən olmadığını deyib. İlk baxışlara görə, qızın vannaya yıxıldığı daha sonra saçlarının vanna dəliyini tıxaması nəticəsində boğulduğu güman edilir.

Briannenin anası qızının ölümündən sonra ikinci dəfə şok yaşayır. Çünki qəzadan 1 il əvvəl özü də eyni vannaya yıxılmış və bədənində iflicə səbəb olan zədələr qalmışdı. Ana Raopp vannanı dəyişdirmədiyi və tədbir almadığı üçün özünü günahkar hiss edir.

https://metbuat.az/news/965447/meshur-aktrisa-yaya...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR