Azərbaycanda rəsmi qeydiyyatı olmayan Vahid Kommunist Partiyasının rəhbəri və Azərbaycan Karlar Cəmiyyətinin sədr müavini Musa Tukanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və Musa Tukanov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror Musa Tukanovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, vətəndaşların müraciətləri əsasında Musa Tukanov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Musa Tukanov rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir.

Hacı Zeynalov