Dəstəmazlı şəxs oturduğu vəziyyətdə onu yuxu tutub, amma dəqiq bilmir ki, mürgüləyib ya yox? Bu halda dəstəmazı pozulubmu?

Dəstəmazı pozan şərtlərdən biri də yuxudur. İnsan yatdığı və ya mürgülədiyi zaman dəstəmazı pozulur və yenidən dəstəmaz almalıdır. Mürgüləməyin meyarı aşağıdakı qaydada təyin edilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, əgər insan mürgüləməklə ətrafdakıları eşitməzsə, bu halda dəstəmaz pozulmuş sayılacaq; istər bu mürgünün müddəti az olsun, istərsə çox. Amma əgər ətrafı eşidərsə, amma görməzsə (gözləri yumularsa), mürgüləmiş sayılmaz və dəstəmaz pozulmaz. Daha aydın desək, insanı mürgü apardıqdan sonra ayılarkən həmin müddətdə baş verənləri eşitdiyini xatırlasa, bu halda dəstəmaz öz qüvvəsində qalır. Amma mürgüdən ayılarkən baş verənləri eşitmədiyini anlayarsa, dəstəmaz pozulmuş olur.

Milli.Az