Saysız qızıl tapdı

1847-1894-cü illər arasına aid 1247 qızıl mədəni pul tapan kaliforniyalı cütlüyün tapdığı xəzinə ilə 10 milyon dollardan artıq pula sahib olacağı düşünülür.

Metbuat.az xəbər verir ki, adı açıqlanmayan cütlüyün xəzinəni itini gəzdirərkən tapdığı deyilir.

1247 qızıl pulun 1847-1894-cü illərə aid olduğu, heç istifadə edilmədiyi və yepyeni göründüyü bildirilib.

Mütəxəssislər bu pulların amerikan tarixinin ən böyük torpaq altı xəzinənin kəşfi olduğunu bildiriblər.

Ailəyə bu mövzuda məsləhətlər verən köhnə pul mütəxəssislərindən David Mcarthy “keçmişdə çox dəyərli minlərlə qızıl pulun tapıldığı batmış gəmi qalıntıları haqqında bilirdik. Amma bu növdə bir xəzinə haqqında heç eşitmədik” deyib.

Pulların paslı bir qutunun içində saxlanmış şəkildə tapıldığı bildirilib. Mcharty pulların yepyeni qalmasının da onun üçün təəcübləndirici olduğunu deyib.

Mədən pullarının tapıldığı bu ərazi Saddle Ridge olaraq tanınır.





http://matbuat.az/news/966767/burnundan-cixani-gor...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR