Bu gün Riqa şəhərindəki “Dauqava” stadionunda Latviya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu baş tutacaq.

Publika.az xəbər verir ki, matç Belarusdan olan hakimlərə (baş hakim Denis Şerbakov, baş hakimin köməkçiləri: Yuri Xomçanka, Andrey Xetsikov və dördüncü hakim: Aleksandr Anufriyev) tapşırlıb.

Bakı vaxtı ilə saat 19:00-da başlayacaq qarşılaşma "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq