Latviya millisinin baş məşqçisi Miksu Paatelaynen yığmamızla yoxlama oyunu öncəsi açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bərabər səviyyəli matç keçəcəyini bildirib: "Azərbaycan millisinin yaxşı komandadır. Onlar bura məğlub olmağa gəlməyib. Bizim də məqsədimiz qələbə qazanmaqdır Bərabər səviyyəli matçın olacağını düşünürəm".

Qeyd edək ki, Riqada keçiriləcək Latviya - Azərbaycan görüşü bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Milli.Az