Bu gün yoldaşlıq oyununda Latviya millisi ilə qarşılaşan millimiz matçdan 3:1 hesablı qələbə ilə ayrılıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Riqada keçirilən görüş yığmamızın 119-cu səfər sınağı olub.
Bunadək rəqib meydanlarında 11 qələbəsi olan komandamız 12-ci qalibiyyətini böyük hesabla qazanıb.
Komandamız rəqib meydanlarında 25 dəfə heç-heçə edibsə, 82 oyun yığmamız üçün acınacaqlı bitib.
Qeyd edək ki, səfərdəki oyunlarda qol fərqi də fantastik həddə ziyanımızadı - 63:267.
Milli.Az