Qorxunc hadisə: Hamilə qadına

Kolombiyanın Soledada şəhərində baş verən hadisədə Boca de Perro (it ağzı) ləqəbli adam hamilə qadına və onun 4 yaşlı qızına təcavüz etməsi səbəbi ilə qəzəblənmiş kütlə tərəfindən döyülüb.

Metbuat.az xəbər verir ki, polis hadisəyə müdaxilə etsə də, təcavüzçü adamı xilas edə bilmədi.

Ağır yaralı olaraq xəstəxanaya yerləşdirilən adam orada can verdi. “Boca de Perro” adlı adamın ən 4 qurbana təcavüz etdiyi öyrənilib. Vətəndaşların hücumuna məruz qalan adamın qanlar içindəki son görüntüləri kameralara çəkilib.

Görüntülərdə ölmüş hesab edilib, buraxılan adam hərəkət etdikdə vətəndaşlar “hələ də həyatdadır” dedikdən sonra yenidən hücuma keçib.

Daha əvvəl də haqqında təcavüz iddiaları olan adam dağlarda gizlənirdi.

Vəhşicəsinə öldürülən adamın bir ailə üzvü iddiaları rədd edərək “ O, belə bir şeyə layiq deyildi. Bu insanlıqdan kənardır. İddialar doğru olsa belə bunları bir heyvana da etməzlər” deyib.

http://matbuat.az/news/968395/her-kesden-gizletdiy...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR