Məşhur Hip-hop müğənnisi Mohamed Hareke Antalyanın Alanya bölgəsində tanış olduğu alman qadını dənizdə boğaraq öldürmə iddiası ilə həbs olunub.

Metbuat.az xəbər verir ki, Kleopatra çimərliyindəki sahildə ətrafdakılar dənizin təxminən 100 metr açıqlığında hərəkətsiz halda bir qadını görərək təcili yardım mərkəzinə xəbər veriblər. Qısa müddətdə hadisə yerinə gələn Sahil təhlükəsizlik komandası qadını sahilə çıxarıb. Səhiyyə işçilərinin etdiyi müayinədən sonra qadının öldüyü müəyyən edilib.

Edilən araşdırmalarda ölən qadının alman əsilli 35 yaşlı Katharina Kugel olduğu müəyyən edildikdən sonra axtarış başladılıb.Edilən araşdırmalarda Kugelin Dilara Ateş adlı bir türk qadın dostu öyrənildikdən sonra ifadəsi alınıb.

Ateş verdiyi ifadədə Katherina ilə birlikdə diskotekaya əylənməyə getdiklərini, orada tanış olduğu biri ilə getdiyini, özünü isə otelə geri buraxıldığını deyib. Daha sonra araşdırma edən polis işçiləri Kugelin yanındakı adamın livan əsilli məşhur Mohamed Hareke olduğu müəyyən edilib. Hareke nəzarətə alınarkən ünvanda edilən araşdırmarlarda bir miqdar narkotk maddə ələ keçirilib.

Polis bölməsinə gətirilən Harake polisə müqavimət göstərib. Polis tərəfindən güclə sakitləşdirilən Harake ifadə verməyəcəyini deyib. Alanya ədliyyəsinə gətirilən Harake prokukorluq tərəfindən “qəsdən adam öldürmə” cinayətindən məhkəməyə sövq edilib.

https://metbuat.az/news/968489/elektrosokla-tecavu...