Əfran İsmayılovun ardından "Sumqayıt" daha bir futbolçu ilə müqavilə bağlayıb.

Milli.Az xəbər verir ki, ötən mövsümü "Qəbələ"də keçirən Elvin Məmmədov qarşıdakı mövsümdə "kimyaçılar"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, Elvin Məmmədov "Qəbələ" (11 oyun, 2 qol) ilə yanaşı "Turan" (47 oyun, 3 qol), "İnter" (52 oyun, 5 qol), "Qarabağ" (70 oyun, 3 qol), "Bakı" (73 oyun, 3 qol) və "Zirə"nin (40 oyun 5 qol) uğurları üçün çalışıb.

2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin yığmamızın heyətində 37 qarşılaşmada 7 qola imza atıb.

Milli.Az