Keçən il İtaliyada film vədi ilə aldadılan və görüşdüyü şəxslər tərəfindən bir çemodana qoyularaq qaçırılan model keçən il dünya mətbuatında gündəm olmuşdu. Film ulduzu olma vədi ilə aldadılan 20 yaşlı Cholie Ayling görüşdükdən sonra yatızdırılmış və qaçırılmışdı.
Metbuat.az xəbər verir ki, qaçırıldıqdan sonra 6 gün boyunca həbs qalan Aylingin Torino yaxınlığında saxlanıldığı və qaçıran şəxslərin gənc qadını satışa qoyaraq əxlaqsızlığa məcbur etdiyi öyrənilib. Bölgədə yaşayanların şikayətlərindən sonra edilən əməliyyatla Ayling 6 gün sonra xilas edilmiş və gənc qadını qaçıran Polşa vətəndaşı Lukas Pavel Herba saxlanılmışdı.
Bu gün Herba üçün keçirilən məhkəmədə prokuror “Choloe öz şeytani narsist ehtiyaclarını doyurmaq istəyən biri tərəfindən qaçırılıb və istifadə edilib” ifadəsini işlədib. Herbaya 16 il 9 ay həbs cəzası verilib. Bundan başqa Herbaya 60.000 evro pul cəzası da verilib.

