Sosial şəbəkə vasitəsi ilə tanış olduğu adamın iş təklifinə razı olan qadın İstanbula gəlib. Yanında 14 min lirə ilə adamın evinə gedən qadın səhər oyandıqda həyatının şokunu yaşayıb.

Metbuat.az xəbər verir ki, həmin şəxs tərəfindən şiddətə, cinsi istismara məruz qaldığı və pulunun oğurlandığını iddia edən qadın prokukorluğa şikayət edib. İfadəsi alınan gənc qadın Tahir İ. adlı adamın ona hücum çəkdiyini və pulunu zorla aldığını iddia edib.

B. Y adlı qadının daha əvvəl televiziyalardakı bəzi stil proqramlarında yarışmacı olaraq iştirak etdiyi də məlum olub.

https://metbuat.az/news/968716/turist-qadin-mualic...