Türkiyədə Muğlanın Fethiye bölgəsində qorxunc hadisə baş verib.
Metbuat.az xəbər verir ki, dünyaca məşhur Kelebekler vadisində foto çəkdirmək istəyən 7 aylıq hamilə qadın tarazlığını itirərək 300 metr yüksəklikdən qayalıqlara düşərək faciəvi şəkildə can verib.
İzmirdən həyat yoldaşı ilə Ölü dənizə tətilə gələn Semra Aysal Kelebekler vadisini izləmək üçün Faralya məhəlləsindəki qayalıq əraziyə gedib.
Yeriyərək quru yolundan təxminən 15 metr aşağı enən Aysal foto çəkdirmək üçün vadiyə baxan bir qayanın üzərinə çıxıb. Əvvəlcə həyat yoldaşı ilə foto çəkdirən qadın daha sonra tək başına foto çəkmək istəyib.
Foto çəkdirən zaman tarazlığını itirən Aysal 300 metr yüksəklikdəki qayalıqlardan aşağıya düşüb. Həyat yoldaşının gözləri önündə uçurumdan düşdüyünü görən adam xilasetmə mərkəzindən kömək istəyib.
Xilasetmə komandası ana olmağa hazırlaşan qadının öldüyünü müəyyən edib. Talehsiz qadından geriyə ölmədən bir neçə dəqiqə qayalıqların üzərində həyat yoldaşı ilə birlikdə çəkdiyi fotosu qalıb.

