Əfqanıstanın Nangarhar və Kuner vilayətlərində İŞİD əleyhinə əməliyyat keçirilib.

Metbuat.az "TRT Haber.com"a istinadla xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyi bu barədə açıqlama yayıb.

Açıqlamada havadan və qurudan təşkil olunan əməliyyat zamanı 23 İŞİD nümayəndəsinin öldürüldüyü və təşkilata aid 2 sığınacağın məhv edildiyi yer alıb.

Aysel Yaqubqızı / Metbuat.az