İspaniya yığmasının futbolçuları Jerar Pike və İsko Rusiyada keçirilən dünya çempionatında quşu xilas etdikləri üçün mükafatlandırılacaqlar.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə İspaniya-İran oyunu zamanı yaşanıb.
Balaca quş meydanın ortasına düşüb. Onu Pike və İsko görüblər. Onlar quşu meydandan götürüblər.
Qeyd olunur ki, futbolçular heyvanların müdafiəsi təşkilatı - "Heyvanlarla mülayim davranan insanlar" tərəfindən mükafat alacaqlar.
Milli.Az