Müğənni Roza Zərgərli “ATV maqazin onlarla” proqramında “Hit Parad” rubrikasının qonağı olub.

Metbuat.az gholdnews.az-a istinadən xəbər verir ki, “TOP 10” klipləri və mahnıları sıralayan Roza həmkarları haqda fikir bildirməkdən çəkinməyib.

İlk olaraq Günay İbrahimlidən danışan ifaçı onu ulduz hesab etmədiyini və “Eurovision” seçimlərində müğənniyə beş min manatlıq SMS göndərdiyini bildirib:

“Zaman gəlir, övladlarımız tez böyüyür. Ancaq onları qəbul etmirəm, tez böyüdü. “Eurovision”un seçim turlarında bu qıza beş min manatlıq SMS göndərmişəm, evdə kağızları da var.

Birinci təqdimatından bir həftə sonra mən “Roza xanım”dan “Roza”ya çevirildim. Mənim üçün Günay ulduz deyil. Populyarlıq insanı çaşdırmamalıdır”.