Türkiyənin məşhur pop ifaçısı Ajda Pekkana görə ayrılan iş xanımı Tuğçe Eyiliklə Bülent Çavuşoğlu boşanıblar.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, 7 il bundan əvvəl ayrılan cütlük rəsmi olaraq münasibətlərinə son qoyublar.

Məhkəmənən qərarına əsasən, valideynlik hüququ T.Eyilikə verilib. Çavuşoğlu isə qarşı tərəfə 7 min TL aliment və xanımına xəyanət etdiyi üçün 550 min lirə təzminatla avtomobil verəcək.

Qeyd edək ki, 2011-ci ildə Ajdanın Bülentlə sevgili olması barədə xəbər yayılmış,Tuğçe ərindən boşanmaq üçün məhkəməyə müraciət etmişdi.

Milli.Az