Azərbaycanlı iş adamı və keçmiş diaspor rəhbəri evində ölü vəziyyətdə tapılıb

Azərbaycanlı iş adamı Antalyada yataq otağındakı şkafda ölü vəziyyətdə tapılıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 5 aya yaxındır ki, Antalyanın Finike bölgəsində ticarətlə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyev evinin yataq otağında ölü vəziyyətdə tapılıb.

Bildirilir ki, mərhum tapılarkən şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə olub. Polis onun 5-6 gün əvvəl öldüyünü açıqlayıb.

Qeyd edək ki, əslən Kürdəmir rayonundan olan Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayırmış və burada Azərbaycan diasporunun rəhbəri olub.

Temperatur yenidən yüksələcək - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR