Çinin Şanxay şəhərində bıçaqla silahlanmış şəxs məktəb yaxınlığında uşaqlara hücum edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 uşaq həlak olub. Daha bir məktəbli və bir qadın xəsarət alıb.
Polis hücum edən şəxsi saxlayıb.
29 yaşlı şəxs bildirib ki, uzun müddət işsiz olduğu üçün cəmiyyətdən qisas almaq istəyib.
Milli.Az