Yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" Xorvatiyanın "Dinamo" klubu ilə qarşılaşacaq.

Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin "Mura" stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" ilk yoxlama oyununda Albaniyanın "Kukesi" klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Hazırlıq oyunu

28 iyun

"Qəbələ" (Azərbaycan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:0

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 7. Roman Hüseynov,28. Stiven Monroz, 10. Rauf Əliyev

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

Milli.Az