İki futbolçumuz İspaniya klubunda

İki futbolçumuz İspaniya klubunda
15:18 12 Yanvar 2015
140 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Müxtəlif yaş qruplarından ibarət qadın yığmalarının şərəfini qoruyan iki futbolçumuz İspaniya klubuna transfer olunub.

Trend AFFA-ya istinadən məlumat verir ki, U-19-un üzvü Şəfəq Nəsirova və U-21-in şərəfini qoruyan Maya Danqadze İspaniyanın “Deportivo Kanillas” klubuna keçib.

Bir sıra yoxlama görüşlərində və müxtəlif turnirlərdə çıxış edən futbolçular məşqçilər korpusunun rəğbətini qazanıb. Bu səbəbdən də hər iki futbolçunun yaxın günlərdə lisenziya almaqla rəsmi oyunlarda da iştirakı nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2352178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR