Bu gün Milli Məclisdə cənab Prezident tərəfindən təşəbbüs edilən miqrasiya qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan yeni Qanun layihələri qəbul edilməsi ölkəmizə səfər edən əcnəbilərin qeydiyyatı və yaşaması ilə bağlı rahatlığının təmin ediməsi, turizm baxımından cəlb ediciliyin artması və sahibkarlığın inkşafının dəstəklənməsidir.
Publika.az xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov özünün Feysbuk səhifəsində paylaşıb. O, təqdim edilən yeniliklərin mahiyyətini açıqlayıb:
"İlk olaraq ölkəmizə gələn əcnəbilərin (turistlərin) ölkə ərazisində olduğu yer üzrə qeydiyyata düşməsi üçün mövcud 10 gün artırılaraq 15 gün müəyyən edilib. Daha sonra miqrasiya qanunvericiliyini pozduğuna görə haqqında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş əcnəbilər artıq cəriməni ödəmədiyi təqdirdə, ölkə ərazisini barələrində ölkəyə təkrar girişlərinə hər hansı məhdudiyyət tətbiq edilmədən tərk edə biləcəklər. Bu halda onların ölkəyə girişinə məhdudiyyət cəriməni ödəyəcəkləri müddətədək məhdudlaşdılır və cəriməni ödədikdən sonra ölkəyə sərbəst gəlmələri təmin edilir. Təbii ki, inzibati qaydada ölkədən kənara çıxarılma halları istisna olmaqla. Bundan başqa Miqrasiya Məcəlləsində əcnəbilər tərəfindən son 3 ildə iki dəfə miqrasiya qanunvericiliyi əleyhinə olan inzibati xəta törətdildikdə onların ölkəyə girişlərinə 5 il qadağa qoyulmasını nəzərdə tutan müddəa da ləğv olunub".
V.Hüseynov onu da qeyd edib ki, daimi yaşama icazəsinin alınmasına imtina verilmiş əcnəbilərin sadəcə ərizə ilə (digər əlavə sənədləri təqdim etmədən) müvəqqəti yaşamaq icazəsi almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəklər: "Ölkədə olma, yaşama, yaxud ölkə ərazisindən tranzitlə keçməsi qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş əcnəbilərə inzibati məsuliyyətə cəlb olunmalarına səbəb olmuş halın aradan qaldırılması üçün 10 gün vaxt veriləcək. Eyni zamanda dəyişikliklərdən biri də odur ki, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə barəsində kənara çıxarma haqqında qərar qəbul edilmiş əcnəbilər müvafiq sənədlərin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda məhdudiyyət müddətinin bitməsini gözləmədən ölkəyə sərbəst gələ biləcəklər"
Könül