“Sirdaş Rövşanə” verilişinə qonaq olan müğənni Roza Zərgərli şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, eşq yaşayır:

“15 ildir ki, eşq yaşayıram”.

Daha sonra verilişdə iştirak edən ekstrasens müğənninin bu etirafını təsdiqləyərək onun sevgisinin fərqli olduğunu qeyd edib:

“Ondakı maraqlı və qeyri-adi sevgidir. Biri var tükənən sevgi, biri var ki, nələrinsə xətrinə olan sevgi, amma Roza xanım fərqli sevgi yaşayır. Bir az kişi xarakterlisiz”.