ARB TV-nin “Sirdaş Rövşanə” verilişinə qonaq olan müğənni Roza Zərgərli şəxsi həyatından danışıb.
Publika.az xəbər verir ki, sənətçi 15 ildir eşq
yaşadığını etiraf edib.
Daha sonra ekstrasens Bayram müğənnin bu etirafını təsdiqləyərək
onun sevgisinin fərqli olduğunu bildirib:
“Ondakı maraqlı və qeyri-adi sevgidir. Biri var tükənən sevgi, biri
var ki, nələrinsə xətrinə olan sevgi, amma Roza xanım fərqli sevgi
yaşayır. Bir az kişi xarakterlisiz. Sizə tez-tez cadu edirlər,
üstünüzdə pis göz və nəfis var”.