Türkiyənin məşhur aktyoru Ferdi Merterin səhhəti ağır olaraq qalır.

Metbuat.az xəbər verir ki, reanimasiyada olan ünlü aktyor üçün uyğun qan axtarılır. Qızı Almula Merter sosial şəbəkədən aktyorun pərəstişkarlarına müraciət edərək Hacettepe xəstəxanasının Nevroloji şöbəsində müalicə alan atasının təcili qana ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, 79 yaşlı Ferdi Merter fevral ayında yıxılaraq ayağını sındırmışdı. Ferdi Merter Azərbaycan tamaşaçılarına "Qurtlar vadisi pusu" serialı, "Kolpaçino" filmindən tanışdır.
Məşhur aktyorun VƏZİYYƏTİ AĞIRLAŞDI - Təcili qan axtarılır

Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank - Oxumaq üçün tıkla