Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Jiquli" markalı avtomobilin idarəetməni itirərək ağaca çırpılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətlər alan Sarvan kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Samirə İmran qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Milli.Az