Putin Rusiyanın xilası üçün onu qurban verəcək?

“Rusiyanın Edvard Snoudeni ABŞ-a verməyə hazır olduğu barədə deyilənlər həqiqətə uyğun deyil”.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Russian Today” telekanalının saytında dərc edilmiş müsahibəsində bildirib.

“Qətiyyən həqiqətə uyğun deyil. Bu barədə söhbət belə gedə bilməz. Belə sazişlər tamamilə yersizdir”, - Peskov deyib.

Qeyd edək ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı Edvard Snouden ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (NSA) elektron izləmə proqramları haqqında sənədləri KİV-ə ötürüb. O, 2013-cü ilin iyununda Birləşmiş Ştatlardan Honkonqa qaçıb, oradan isə Ekvadora getmək üçün Moskvaya uçub. Ancaq ABŞ hakimiyyəti onun pasportunu ləğv etdiyi üçün Rusiyada qalmalı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR