Acunun ailəsi dənizdə DƏHŞƏTLƏ ÜZ-ÜZƏ - Qorxunc olay ANBAAN KAMERADA - VİDEO

Acunun ailəsi dənizdə DƏHŞƏTLƏ ÜZ-ÜZƏ - Qorxunc olay ANBAAN KAMERADA - VİDEO
17:23 17 İyul 2018
259 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur teleaparıcı Acun Ilıcalının keçmiş həyat yoldaşı və uşaqlarının olduğu yaxta batma təhlükəsi ilə üz-üzə qalıb.

Publika.az xəbər verir ki, Muğlanın Bodrum vilayətində A.Ilıcalının keçmiş həyat yoldaşı Zeynəb Yılmaz, qızları Leyla və Yasəmən Ilıcalı ilə dostlarının da aralarında olduğu 8 nəfərlik qrup qorxulu anlar yaşayıb. Sahildən ayrılan kimi içərisinə su dolan yaxta batma təhlükəsi ilə üz-üzə qalıb. Ətrafdakı dənizçilərin köməyi ilə yaxtadakılar təxliyə edilib.

Təxliyə edənlər qəzanın sahilə yaxın yerdə olmasını xoşbəxtlik adlandırıblar. “Açıq dənizdə olsaydı, nəticə daha pis olardı”, - deyə bildiriblər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin2/247641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR