Əfqanıstanda taliblər 15 polis əməkdaşını

Əfqanıstanın cənubundakı Qəndəhər əyalətində Taliban hərəkatının yaraqlıları ilə atışma zamanı 15 polis əməkdaşı həlak olub.

Metbuat.az xəbər verir ki, əyalətin qubernatorunun mətbuat katibi Daud Əhmədi gecə ərzində bir neçə insidentin baş verdiyini deyib.

Yaraqlılar ölkənin şimal-şərqindəki polis mərkəzinə hücum ediblər. Altı polis əməkdaşı həlak olub, 10 nəfər yaralanıb, 25 talibançı isə məhv edilib. Qəndəhər əyalətinin cənub-şərq hissəsində Talibanla toqquşmalar zamanı isə 9 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 5 nəfər yaralanıb.

Qeyd edilib ki, Taliban bölgədəki dörd nəzarət nöqtəsini ələ keçirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR