“Neftçi” azarkeşlərə müraciət etdi

“Neftçi” azarkeşlərə müraciət etdi
21:58 17 İyul 2018
21 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" klubu Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Macarıstanda "Uypeşt"lə keçirəcəyi cavab oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Publika.az xəbər verir ki, paytaxt təmsilçisi iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdəki "Ferens Susa" stadionunda baş tutacaq görüşlə əlaqədar UEFA və rəqib kluban zəmanət məktubu almadığını açıqlayıb.

"Bu oyunda komandamızı dəstəkləməyə gələcək azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması üçün klubumuz tərəfindən ev sahibi "Uypeşt" klubuna, UEFA-ya və müvafiq qurumlara müraciət edilib. Lakin indiyə kimi heç bir qurumdan zəmanət məktubu almamışıq. "Neftçi" üçün azarkeşlərimizin təhlükəsizliyi çox önəmlidir. Bu səbəbdən, indiki vəziyyətdə sizləri maksimum ehtiyatlı olmağa səsləyirik. Müvafiq strukturlardan cavab məktubu gəldikdə əlavə məlumat veriləcək", - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Neftçi" ilk oyunda 3:1 hesabı ilə qalib


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/247664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR