Əli Əhmədova daha bir vəzifə verildi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya 11 nəfərdən yeni tərkibi təsdiqlənib.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən baş nazirinin müavini Əli Əhmədov komissiyanın sədri təyin edilib. Komissiyanın üzvləri isə Ceyhun Bayramov (təhsil naziri), Oqtay Şirəliyev (səhiyyə naziri), Sahil Babayev (əmək və əhalinin sosial müdafiəsi naziri), Əbülfəs Qarayev (mədəniyyət naziri), Azad Rəhimov (gənclər və idman naziri), Hicran Hüseynova (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri), Musa Ələkbərov (Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri), Oruc Zalov (daxili işlər nazirinin müavini), Fidumə Hüseynova (Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini), Aqil Məhərrəmov (Azərbaycan Uşaq Fondunun İdarə Heyətinin sədri) təyin ediliblər. Eyni zamanda "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Azərbaycan Respubikası Nazirlər Kabinetinin 2008-ci il 1 aprel tarixli qərarının 1-ci hissəsi ləğv edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR