Təcili tibbi yardım maşını qəzaya düşdü, yaralılar var - YENİLƏNİB

Təcili tibbi yardım maşını qəzaya düşdü, yaralılar var - YENİLƏNİB
04:09 23 İyul 2018
29 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan “VAZ 21015” ilə “QAZel” markalı təcili tibbi yardım avtomobilinin toqquşması nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar 1984-cü il təvəllüdlü Əliyev Elnur Vaqif oğlu və 1989-cu il təvəllüdlü Əhmədzadə Əhməd Elman oğlu  xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/306305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR