“Qarabağ” heyətinə yeni oyunçu cəlb edib.

Metbuat.az-ın məlumatına görə, ağdamlılar hücum xəttini gücləndirib.

Belə ki, komanda İnnosent Emeqara ilə anlaşıb. Daha əvvəl də “Qarabağ”da oynamış isveçrəli hücumçunun keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

2014/15 mövsümündə qısa müddət Azərbaycan çempionunun heyətində çıxış etmiş Emeqara meydana çıxdığı 7 oyunda 4 qol vurmuşdu.

Qeyd edək ki, onun son klubu Kipr təmsilçisi “Ermis” olub.