Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin büdcəsinin tükənmək üzrə olduğunu bildirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Quterreş BMT-nin 139 milyard dollarlıq kəsiri olduğunu qeyd edib: “Maddi vəziyyətimiz heç bu qədər aşağı olmamışdı. Ümumi vəziyyət narahatedicidir. Pulumuz tükənir”.

Xərcləri azaldaraq tədbir görəcəklərini bildirən Quterreş deyib: “BMT kimi təşkilat büdcə problemi ilə üzləşməməlidir, bundan da problemli olan məsələ köməyə ehtiyacı olanların müraciətlərinə cavab verə bilməməyimizdir”.

BMT Baş Katibinin sözçüsü Stefan Dujarrik isə məsələ ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, BMT-nin üzvü olan 193 ölkədən ancaq 112-si təşkilata illik ödəniş edib. Dujarrik BMT-nin qarşılaşdığı maddi çətinliyin üzv ölkələrin ödənişləri gec etməsi, ya da hələ də etməməsindən qaynaqlandığını bildirib.

BMT-yə ödəniş etməyən ölkələr arasında ABŞ-da var. Təşkilatın 5,4 milyard dollarlıq ümumi büdcəsinin 22 faizini ABŞ ödəyir.

Qeyd edək ki, BMT-nin rəhbərlik və büdcə məsələlərində islahat aparması lazım olduğunu tez-tez dilə gətirən və "büdcədə ədalət" çağırışı edən Tramp rəhbərliyi, 2018-2019-cu maliyyə ilində BMT-nin büdcəsinə köçürəcəyi hissədən 285 milyon dollar azaltmaq qərarı vermişdi.

Günay Elşadqızı / METBUAT.AZ