Prosineçki - 46, və ya Romantik baş məşqçi - FOTOLAR

Prosineçki - 46,   və ya Romantik baş məşqçi - FOTOLAR
18:12 12 Yanvar 2015
241 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün milli komandamızın baş məşqçisi Robert Prosineçkinin 46 yaşı tamam olur. Fanat.az Rusiya mətbuatında xorvatiyalıya həsr olunmuş yazını təqdim edir.


Prosineçki dünya futbolunda ən tanınmış sima deyil. Ancaq 90-cı iilərdə "Real" və "Barselona" kimi klubların formasını geyinmiş xorvatiyalının doğum günündə barəsində danışmağa dəyər.


Robert Prosineçki artıq 18 yaşında Yuqoslaviyanın heyətində dünya çempionu olmuş və həmin yarışın ən yaxşı futbolçusu adını qazanmışdı. Həmin hadisə komanda yoldaşlarının çağırdığı "Juti"nin karyerasında böyük rol oynadı. Ancaq dünyanın iki nəhəng klubunda oynamasına baxmayaraq, o, dahi futbolçu olmadı. Buna 2 amil mane oldu: əvvəla, İspaniya karyerası boyu zədələrlə üzləşməsi, ikincisi isə ulduz xəstəliyi. Bəlkə də bu faktorlar əlaqəlidirlər. Axı sübut olunub ki, məşqlərdə canını qoymayan futbolçunun zədələnmə ehtimalı daha çox olur, nəinki sıravi "fəhlə"nin.


Necə də olmasa, Prosineçki böyük futbolçu olmağı bacardı. Onun parlaması "Srvena Zvezda"nın heyətində baş verdi. Bu klubla o, UEFA Çempionlar Liqasının qalibi oldu. Yuqoslaviya dağıldıqdan sonra onu "Real" öz sıralarına qatdı. Madriddə onu Roberto deyə çağırırdılar. "El Klassiko"da cərimə zərbələrindən vurduğu qolları hələ də xatırlayırlar. Gənclik illərində Prosineçki sırf mərkəz yarımmüdafiəçisi mövqeyində oynayırdı. Bu sonralar idi, o, orta xəttin bütün mövqelərində oynamağa macal tapdı. Onun sehrli sağ ayağı var idi, meydana görmə qabiliyyətinə isə söz ola bilməzdi! Olduqca ağıllı futbolçu idi. Onun sarışın saçlarını və əsrarəngiz texnukasını heç kimlə səhv salmaq olmazdı. Təəssüf ki, Madriddə uzun müddət qalmaq mümkün olmadı. Buna səbəb çoxsaylı zədələri idi. Ancaq Robert İspaniya karyerasını bir qədər uzatmağı bacardı. Əvvəlcə, "Ovyedo", daha sonra "Barselona" və "Sevilya". Ancaq karyerasının zirvə nöqtəsi milli komanda ilə bağlıdı. Prosineçki Xorvatiya yığması ilə 1998-ci ildə dünya çempionatının bürünc medalını qazandı.  Özü də 3-cü yer uğrunda oyunda Hollandiyanın qapısına qol vurmaqla da yadda qaldı.


"Juti"nin məşqçilik karyerası da qəribə alındı. Əvvəlcə o, bu yolu tutmağa ürək etmirdi. Lakin sonradan Slaven Biliçin dəvətini qəbul edərək, 4 il Xorvatiya yığmasında köməkçi-məşqçi kimi çalışdı. Bundan sonra o, doğma "Srvena Zvezda"nın "sükanı arxası"na keçdi. Serbiyalı fanatların ikinci bu cür sevdikləri xorvat yoxdu. Onun hər qolu necə qeyd etdiyini isə görmək lazım idi! 


Prosineçki Azərbaycan millisini qəbul edər-etməz dərhal maraqlı hadisəylə üzləşdi. Azərbaycan çempionatında çıxış edən balkan futbolçular ona gözaydınlığı vermək üçün evinə baş çəkib, sonradan isə yerli futbolçuların milliyə dəvət edilməsində körpü rolu oynamaq eşqini ortaya qoyublar. Əlbəttə, "əl əli yuyar, əl də üzü" şərti ilə. Robert təcili şəkildə yerli federasiyadan evinin dəyişdirilməsini xahiş etdi.


Bu gün xorvatiyalının 46 yaşı tamam olur. Deməli, məşqçilikdə hələ ilk addımlarını atır və böyük uğurları irəlidədi. Hazırki iş yeri onun gələcəyi üçün əla şansdı. Arzu edək ki, onun futbola romantik baxışları həyata keçsin.


Fanat.az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR