Atletico Fiorentina-nın hücumçusu Covanni Simeoneni transfer etməyə çalışır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Madrid klunu hücumçuya görə "bənövşəyilər"ə rəsmi təklif göndəriblər. Atletico onu almaq üçün 40 milyon avro ödəməyə hazır olduğunu bildirib.

Ancaq Fiorentina bu təklifdən imtina edib. Klub rəhbərliyi Simeoneni daha baha qiymətə satmağı planlaşdırır. Covanninin klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub. O, ötən mövsüm 38 oyunda 14 qol vurub. Covanni Simeone Atletico-nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Milli.Az