Nigeriyada “Boko Haram” radikal qruplaşmasının hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 11 nəfər həlak olub.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, radikal qruplaşmanın yaraqlıları, həmçinin hərbiçilərin nəqliyyat vasitələrini ələ keçiriblər.

Terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar davam edir.