Taylandın Chiang Rai şəhərində yerləşən Phokkathara heyvanat bağçasında bir şou təşkil edilib.
Metbuat.az-ın “Mynet.com”a istinadən verdiyi məlumata görə, təxminən 100 nəfərin qarşısında həyata keçirilən bu şou bir anda kabusa dönüb.
Şou üçün qolunu timsahın ağzına qoyan təlimçinin saniyələr içində timsah qolunu dişləyib və adam qanlar içində qalıb.
Tamaşaçıların gözü qarşısında yaşanan hadisə kameralara əks olunub.