"Azercell" jurnalistlər üçün təlim keçirdi

"Azercell" jurnalistlər üçün təlim keçirdi
18:33 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend/

Fəaliyyətdə olduğu müddət ərzində media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələri yaradan Azərbaycanın lider mobil operatoru "Azercell" Telekom MMC yanvarın 8-9-da media nümayəndələri üçün növbəti peşəkar təlim təşkil etdi.

Şirkətdən Trend-ə verilən məlumata əsasən, çap və internet mediası, həmçinin elektron KİV nümayəndələrinin iştirak ilə keçən təlim Mobil Media sahəsində jurnalistlərin biliklərinin artırılmasına yönəlmişdi. Təlimlərdə təlimçi qismində Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirak edirdi. D.Meyson rəqəmsal jurnalistika və sosial media sahəsində ixtisaslaşmış mütəxəssisdi. O, Azərbaycanla yanaşı, Gürcüstan, Qətər, İsrail, Misir, Çin, Abu Dabi, İordaniya, Kipr və Avropa ölkələrində təlimlər keçib. D.Meyson 25 il ərzində Böyük Britaniyada gündəlik qəzetlərdə, jurnallarda fəaliyyət göstərib.

Azercell-in təlim etdiyi bu dəfəki təlimdə D.Meyson iştirakçılara Google – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib. 2 gün ərzində iştirakçılar saytların işlənib hazırlanması veb-sayt və bloqa nəzarət, foto şəkillərin çəkilməsi və redaktə edilməsi və bir sıra yeni bilgilər əldə ediblər.

Təlimin sonunda "Azercell" tərəfindən jurnalistlərə sertifikat təqdim olunub.

Xatırladaq ki, indiyə qədər jurnalistlər üçün Azercell tərəfindən çoxsaylı təlimlər keçirilib. Regional jurnalistlər üçün ilk təlim də Azercell tərəfindən təşkil olunub. Təlimlərlə yanaşı "Azercell" jurnalistlərin hərtərəfli inkişafı üçün müxtəllif layihələr həyata keçirir. Artıq 6 ildir ki, jurnalistlərin inkişafına kömək etmək məqsədilə onlar üçün ingilis dili kursları təşkil olunmaqdadır. Azercell yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı - Mediacell tarifini hazırlamışdır. Hazırda "Azercell"in təklifləri sırasında Mediacell ən populyar paketlərdən biridir.

"Azercell" Telekom hər zaman olduğu kimi Azərbaycanın mətbuatının inkişafına öz dəstəyini göstərməkdə davam etməkdədir.

"Azercell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2352317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR