Elçin Əlibəyli

Köşə yazarı

09:54 30 Oktyabr 2018 10481
A- A+

Çağdaş dönəmdə informasiya ilə yüklənmiş insanın psixopatologiyası

İnformasiya yükü yeni bir hadisə deyil. Marşall Maklüen və Herbert Simon 1960-cı illərdə onun haqqında yazmışlar, amma bu istiqamətdə diqqətin səbəblərində dəyişiklik baş verdi. Kanalların və başlıqların əvəzinə, mövzu sabit disklərin həcmidir, simptomlarsa eyni olaraq qalır: situasiyanı idarə edə bilməmək və sistemin imtina etmədiyi qədər daxil olan informasiya axınlarını toplama tendensiyası.

Təkcə XXI əsrin əvvəllərində milyardlarla insan informasiyanın partlayıcı artım miqdarına görə gündə 24 saat, tez-tez yolda, mobil cihazların kiçik ekranlarında məlumat axtarmaq ehtiyacı duyurlar. Seçim paradoksu və ya "az kiçik daha yaxşıdır" prinsipini istifadə edərək elektron poçta gündəlik yüzlərlə gələnləri oxumaq və cavab vermək artıq imkansızdır.

Media üçün dəbdə olan mövzu kimi informasiya yükü çürüməkdə olan orta sinfin texnologiyaya reaksiyası başlıca yer tutur. Əslində, artan iş yükü, iş gününün uzadılması və əmək haqqının azaldılması kontekstindən müzakirər edilməsi doğru deyil. Kommunikasiya və media üçüncü dünya ölkələrində kasıblar üçün imkanlar təmin edə bilər (və zəruri ola bilər), ancaq əhalinin imkanlı qrupları üçün baş ağrısı yaradır. Narazılıq siyasi baxımdan ifadə edilmədiyindən problemi tibbi mülahizəyə çeviririk. İstifadəçi pasiyentə çevrilib, sensor yüklənməni kompensasiya etmək ehtiyacı duyur və bunun üçün, oflaynda keyfiyyətli vaxt sərf edir. Açıq şəbəkələrdə fəaliyyət göstərən bilikli cəmiyyətə sürətli keçid həm də nəsillərin münaqişəsi problemi kimi göstərilir. Gənc sinopslar və boş beyinlər müxtəlif informasiya axınlarının gigabaytlarını sorurlar, bu da hakimiyyətdə olan boz pencəkləri gec-tez öz yerindən laxladacaq.

Ən pisi odur ki, məhdud imkanlarına və çox vəzifələrinə görə, kişilər qadınlardan daha çox yüklənmədən əziyyət çəkirlər. Rəqəmsal aborigenlər qida görməmişliyi etməklə, sancılmalar hiss edirlər. Onların ünsiyyət vasitələri oğurlandıqda, noutbukları xarab olduqda, poçt qutuları dolduqda və dostların istəkləri cavabsız qaldıqda görünməmiş panikaya düşürlər.

"Gündəlik həyatın psixopatologiyasında" (1901), Freyd adların, qeydlərin unutmağından və digər beynimizin səhvlərinindən yazır. Bu səhvlər bizi təəccübləndirir və onların səbəbləri barədə düşünməyə vadar edir. Hisslər bizi aldadır.

İnformasiya əsrində və ondan öncəki narazılıq əsrində olduğu kimi, özümüzü günahlandırırıq, günahlarımızın nə olduğunu anlamırıq. Bəlkə problem təhsil, sosial-iqtisadi strukturlardadır, ya da hələ də barışa bilmədiyimiz insan təbiətinin məhdudiyyətləri ilə bağlıdır? Fərq ondadır ki, diqqət birdən birə insanın yaddaşının imkanlarından, informasiya şəbəkələrinin arxitekturasına köçdü. Freyddən yüz il sonra, biz unutqanlıqdan deyil axtarışdan narahat oluruq. Biz dostlarımızı və qohumlarımızı unutduğumuz üçün özümüzü günahlandırmırıq, bunun əvəzində fayllardan ibarət qovluğu tapa bilmədikdə və ya natamam bir axtarış sorğusu daxil etdikdə üzülürük. İstifadəçilər dünyaya gəlir və siyahı hazırlayırlar. Maşın bizi fikir və zövqümüzü paylaşmağa dəvət edir. Bunları oxuyarkən özünüzü necə təsnifləndirisiniz?

Düşünürük ki, verilənlər bazasını doldurduqdan sonra orada bir yerdə bizi qiymətli kontenti olan mükafat gözləyir. Qiymətli məlumatlara rast gəlincə, biz onu yaymağa, bloqlara, feysbuka və s. yaza bilərik, ən son kəşflərimizə keçidlər yollamağa başlayarıq. Kontent varsa hələ ümid də var. Biz verilənlərin dəqiqiliyinə inanmaq təzyiqinə ram oluruq və "kollektiv intellektin" axınına qoşuluruq.Müdrikliyinizi kütlə üçün qurban etməyin. Saytlar "ən oxunaqlı" keçidlərin siyahısını göstərir və sizi kimilər nə düşündüyünü və aldığını haqqında məlumatlar verirlər. Bir zamanlar Bodriyar dediyi kimi fikir axını deyil, başqalarına bənzərlikdən zövq alma imkanı təəccüb doğurur. Yan Mulie Butan ifadəsi ilə desək bu onlayn "toz" dünyasının bir zərrəsi olmaq necə də cazibəlidir. Bizi oxumaq siyahıları tərtib etmək, musiqi əsərlərini və oxuduqları kitabları qeyd etmək tələsinə salırlar. İstifadəçi arılar quql ana arasına işləyirlər.

İtaliyan media tədqiqatçısı Franko Berardi artıq yüklənmiş, qısa müddətli müqavilələr, antidepressantlar, kommunikatorlar və kredit kartı ödənişlərinin mövcud "sarsıntılı" şərtlərini olduqca dəqiq qiymətləndirir. Müəllif "Varlığınla işdə" kitabında ötən 30-40 il ərzində tənhalıqdan muxtariyyata, represiyadan hiperekspresiyaya şizoaktivizmin ümidləri və istəklərindən diffuziyaya, bəlkə də farmakoloji veb 2.0 vətəndaşlarının depressiv subyektivliyinə keçidi təsvir edir.

Franco Berardi "Etibarsız rapsodiya" adlı əsərində qeyd edir: "Kiberməkan nəzəri cəhətdən sonsuz olsa da, kiberzaman sonsuz deyil. "Mən"i kibervaxtın şüurlu orqanizmin informasiyanın (kiberməkan) işlənməsi imkanını adlandırılar". Müəllif şəbəkə iqtisadiyyatında elastikliyin əməyin fraktalaşdırılmasına çevrildiyini yazır. İşçiyə ödəniş müvəqqəti xidməti üçün ödənilir. Biz parçalanmış fəaliyyət dövrünü çox yaxşı bilirik. Berardiyə görə: "Bu gün psixopatoloji ictimai, daha dəqiq desək sosiokommunikasiya epidemiyası olaraq daha aydın meydana çıxır. Yaşamaq istəyən rəqabətə dözümlü və rəqabət aparmaq üçün daim xəttə olmalı, davamlı olaraq böyüyən böyük bir informasiya həcmini almalı və onu emal etməlidir. Bu daima diqqəti tarıma çəkməyə və affektivlik üçün ayrılan vaxtı azaltmağa səbəb olur". Bədənlərini sinxronlaşdırmağa çalışarkən, işçilər prozak, viaqra, kokoin və ya ritalin kimi narkotikləri qəbul edirlər.

Bu təhlilləri internetə tətbiq etməklə, onlayn əmək intensivliyinin iki hərəkəti - saxlancın genişləndirilməsi və vaxtın sıxılmasının ilə yaradıldığını görərik. Bu "Müasir xaosun mənşəyidir". Dünya beynimiz üçün çox sürətli hərəkət etdikdə meydana gələn xaos əslində budur.

Berardinin sözlərinə görə, informasiya yüklənməsini həqiqətən başa düşmək üçün biz "rəqəmsal aborigenlərə" diqqət yetirməliyik. Bizim təhlillərimiz üçün, yaşlı nəsillərin həddən artıq doyma xəstəliyinin olub-olmaması vacib deyildir. Berardi: "Özünüzdən soruşmayın, bunun öhdəsindən gələ bilərsinizmi? Söhbət uyğunlaşma və ya seçim haqqında getmir. Bəşəriyyət, həmişə aydın gecə göydə parıldayan milyardlarla ulduzlara təəccüblənib və heç vaxt onların çoxluğu vahimə yaratmayıb" Berardi hesab edir ki, insanların infosferada necə inkişaf etdiyini təsəvvür etməyimiz lazımdır. Nonkonformist olan Berardi, müasir sənətdə və digər intellektual dairələrdə məşhur, onun müəllimləri, birlikdə işlədiyi, Jil Delezanın, Feliks Qvattarinin əsərlərinində əsas yeri tutan haqqında yazdıqları "yaranış" konsepsiyasına şübhə ilə yanaşır.

Arzu bu idi ki, daim müsbət personaj olsun, amma indi bu həmişə doğru olmur. Biz artıq "rəqəmsal" olmuruq, şəbəkə paradiqmasına daxil olmuşuq və orada həyat qaynayır. Mark Fişerin "Kapitalist realizm" adlı kitabında postmodernizmin təbii hala gəldiyi zaman nə baş verdiyi təsvir edilir. Fişer, bu rəsmiləşməyən dünyagörüşünü "refleksli impotensiya" adlandırır və "Onlar hər şeyin pisləşdiyini bilirlər, amma əmindilər ki, heç nəyi şey dəyişə bilməzlər. Ancaq bu "bilik" dir "refleksivlikdir", yəni mövcud olan durumu qeyri-passiv müşahidəsidir. Bu öz-özünə baş tutan öncəgörmədir".

Gənclər heç bir şey dəyişə bilməyəcək bir dünyada yaşayırlar, onlar cəmiyyətin dağıldığını və bunun üçün heç bir şey edə bilməyəcəklərini hiss edirlər. Fişer, bu impotensiyanı geniş yayılmış siyasiləşmə imkanını istisna edən patologizasiya ilə əlaqələndirir. Fişer yazır: "Rast gəldiyim bir çox tələbələrdə həzz axtarmaqdan başqa bir şey edə bilməmələrindən depressiv hedonizm vəziyyətinə düşdüklərini təxmin etmək olar". Gənclər dərs-intizam sonrası sistemdə aldıqları azadlığa şəxsi məqsədlər güdmədən yüngül anesteziya, dadlı yemək, pleysteyşnin bəxş etdiyi gerçəkdən qopma, internet videoları, uyuşdurucularla hedonistik boşalmağa üstünlük verirlər.

Franko Berardi psixoanaliz ilə məşğul olduğundan Mark Fişer tərəfindən təsvir olunan vəziyyətləri Freydin ana sevgisinə və ata səsini bağlılığı birləşdirərək, dilin öyrənilməsinin ilkin mənbəyi kimi maşın sahəsinə yönəldir.

Berardi əmindir ki, biz "diqqətin iqtisadiyyatında" yaşamırıq, seçim ideyasına əsaslanan bu konsepsiya yaşlaşmış liberal və mühafizəkar nəsillər arasında üstünlük təşkil edir. Feysbukda, instaqramda profilə malik olmaq və gündə 24 saat telefonunu açıq saxlamaqdan başqa seçim varmı?

Bebibumları əvəz edən və kapitalist realizm dünyasında yetişən X nəsil üçün, seçim etmək haqqında danışmaq belə olmaz. Berardi: "Problem texnologiya deyil. Buna uyğunlaşmalıyıq. Dağıdıcı elementlər infostress və rəqabətin birləşməsidir. Qalib gəlmək, birinci olmaq lazımdır. Patogenik olan məlumatın çoxluğu deyil, şəbəkə şəraitini həyat üçün yararsız edən neoliberal təzyiqdir".

İnformasiyaya hakim olmağa cəhd etmək lazımdırmı? Kommunikasiyalar üzrə mütəxəssis Devid d'Ayli bu tələbi "şəxsi məlumat müstəqilliyinə" gedən yol, öz məlumat buludu yaratma imkanı kimi dəyərləndirir. Digər asılılıqlar və xəstəliklər kimi, mobil qurğunuzu söndürmək üçün özünüzdə kifayət qədər güc tapmağınız lazımdır. Bu addım, həyatın digər sahələrində olduğu kimi, məşq, özünəgüvən və təhsil tələb edir. Ən çox biz "mediasavadı" ciddi dərk etməyə ehtiyac duyuruq bu infoetika və ya "mediamüdrikliyi" (hamının onlayn yaşadığı dönəmə holland siyasətində verilən ad), alətlərə yiyələnmək çərçivəsində deyil, taleyi həll edən vasitə ilə baş verməlidir. Savadlı olmağın başlıca aspekti ekrandan uzaqlaşmaq qabiliyyətidir. Siz vasitələrin istifadəsini onların təkcə qaydalarını yox, onu kənara qoymağa bilməklə bacararsınız. Bu məşğələ elektron poçt, feysbuk və votsap mesajlarının nə qədər həyati əhəmiyyət kəsb etdiyini, hansı işlərin daha sonra edilə biləcəyini, əyləncənin mahiyyətini və bu vərdişlərdən tam şəkildə ayrılmasını nəzərə almalıdır.

Ancaq informasiya ilə bol pəhriz təyin etmək kifayət deyil. Sürətlənənən informasiya mübadiləsinin anatomiyası filmdə olduğu kimi panikanın özünü göstərdiyi zəruri mikrosaniyəni çıxarmaq üçün onu yavaş hərəkətlə geri çəkməklə dekonstruksiya olunmalıdır. Orta sinif və etik indifferent vətəndaşlar üçün "həll", informasiyanın idarə olunması üçün autsorsinqə - Çindəki şəxsi köməkçisinə yönəlib. Geymerlər öz avatarları üçün paqonlu firmalardan apdeytlər alırlar və öz yerlərinə hər səhər spamları təmizləməyi kiməsə etibar etməklə yuxarıda dediyimiz səmtə addım atırlar. İnformasiya üzərində hökmranlıq qazanmaq istəyiriksə bu məsələdə, zamanı özümüzə qaytarmaq strateji əhəmiyyət daşıyır.

Ədalətli ticarət hərəkatına paralel olaraq ədalətli vaxt hərəkatı da tədricən ortaya çıxır. Bu hərəkat üçün ilk növbədə, quql, feysbuk və votsap tərəfindən təklif olunan "real zamanda internet" strategiyasına qarşı müqavimət göstərmək və iş arasında fasilələri artırmaq lazımdır. Hakim Beyanın müvəqqəti muxtar zonalarını (temporary autonomus zones- TAZ) nümunə gətirək. Əvvəllər məkanların yaradılması əsas məsələ hesab edilirdisə (məsələn, partilər və ya skvotlar), lakin müasir dövrün müvəqqəti muxtar zonaları zamanı ilk elementə çevirərək, uzun intervallar sənəti (longue durée) olan Xronosa tapınırlar.

Yavaş bir yeməkdən sonra yavaş kommunikasiya? Söhbət öz pozitiv imicinə ilişib qalanın həyat tərzinin dəyişdirilməsi üçün edilən hərəkətdən getmir. Bu "qırılmış süzgəci" (Kley Şerkinin termini) bərpa etmək üçün kifayət olmaya bilər. Zaman kapitalist istismarının əsasıdır. "Taym menecmentin" sabotajı üstündən asanlıqla keçiləsi bir hərəkət deyil. Lakin Franko Beradi bu dağıdıcı olan işin klassik proletar-operaist ssenarisinin effektivliyinə şübhə edir. Pol Virilyonun düşünmək üçün zamanın, anların intervallarının qaytarılması çağırışı siyasi aspektdən uğursuzdur. Müəllif neoliberalizmin situasiyasında mövcud əmək şəraitini, yəni rəqabətin internalizasiyası, vaxtdan çox işləmənin könüllü aspekti və panika, depressiya kimi struktur xəstəliklərlə mübarizə aparan narkotik və dərmanların rolunu nəzərə almır. Mark Fişer kimi, Berardi də üsyan edən subyektlər və kollektiv təxəyyülün azad olmasını arzulamamışdan qabaq "semiokapitalizmin" yaratdığı xəstəliyin anatomiyasını öyrənməyə çağırır.

Kommunikasiya bizə işıq sürəti ilə daha çox təsir etdikcə kommunikasiya və izləmə sistemləri ilə nisbətdə hərəkət etməyin mümkünsüz olduğunu anlayaraq biz inersiyanın şərti vəziyyətinə cəhd edirik. İşıq sürəti dövründə hər kəsi izləmək çox asan olacaq. Həyatımızda olan real hərəkətlər və real hadisələr dərhal mediprezentasiya sahəsində təkrarlanırsa, bizi hərəkət, xronologiya və tarix üçün, həmçinin konkret təcrübə obyektlərinə lazım olan material zamandan ayırırsa və Sloterdaykın adlandırdığı sferik zamana məhkum edirsə bu real zamanda kommunikasiya tendensiyasıdır. Fərd dünyaya yox, öz bədəninin materiyasına fokuslanacaq. Eyni zamanda biz real zamanda sürətlənmiş kommunikasiyada gərgin iş sahəsində özümüzü daim uğursuz hesab edəcəyik. Vim Nienius hesab edir ki, biz informasiya yüklənməsinin real bədənin reaksiyalarına xüsusi diqqət ayırmalıyıq. Bu reaksiyalar panika, stress, üzülmə və travmalardır. Müəllifin fikrincə bunlar "neqativ öncəgörmənin strategiyası"nın bir hissəsidir və bu fərdi şüurla deyil, birbaşa canlı orqanizmlə həyata keçir.

Xronologiyalı fəaliyyət müddəti və xüsusi təcrübə obyektlərindən imtina edən hər kəs tədricən "həssas bir insan" halına gəlir və itkinlik, parçalanma depersonalizasiya, eqosunun zəifləməsi və aşağı özünə güvəni ilə üzləşəcək.

İnqilabın və ya reqresiyanın bu təcrübəsi neoliberal cəmiyyətdə üstünlük təşkil edərək, istənilən insanda artıq əvvəlcədən uğursuz olduğu hissini yaradır. İnformasiya yüklənməsi ilə qarşılaşdıqda düşünməliyik- nə edəcəyik? Peter Vim Nienius askezə Sloterdikein "Sən öz həyatını dəyişdirməlisən" əsərində Fukonun mövcudluq estetikasına düzəliş edərək, müəyyən etməsini aspektində üstünlük verir. Slorterdayk askez dedikdə məhdudiyyət və imtinadan daha böyük məna ifadə edir. Onun üçün bu geri çəkilmə sənəti və başlanğıc çatışmazlığın hiperkompensasiyasıdır. Fiziki qüsurları və psixoloji məğlubiyyət hissinin məşğələ və məşqlər yolu ilə aradan qaldırmaqla məşq edən, informasiya yüklənməsindən məsafə saxlaya bilən yeni postkant antropologiyasının yaranmasına yönəlməsini vacib sayır. Askez anlayışı digər postkant mütəfəkkiri Artur Şopenhauer də aid olunur. Amma onun dəyişən dünyaya biganəliyi və azadlıq fəlsəfəsi gerçək durumda nə verəcək? Alan li Ginzburq deyir ki, əsas şey həyatın dayanıqlı olmasını təmin etməkdir. Bir çoxları üçün əlçatımlı iqtisadiyyatın yenə nəzarət altına alınması məqsədilə sosial şəbəkələrin istifadəsinindən imtina konkret bir addım olardı. Sosial şəbəkələrin arxitekturasını öz əlimizə almaq anlayışı getdikcə artmaqdadır. Təşəbbüsü əla alaraq, görünən şəxsi məğlubiyyətin ictimai işə çevrilməsinin real vaxtda işləyən kütləvi informasiya vasitələrindən asılılığın nə olduğunu öyrənmək üçün çox vacibdir. Bu durumda yavaş medialar vacibdir. Çoxlu səs ola bilər, amma xəbər mənbəyinin daimi hərəkəti barədə düşünmək üçün vaxtımız yoxdur. "Yavaş Media Bəyanatı"nda deyilir: "Yavaş media, sürətli istehlak deyil, ehtiyatlı maddələr seçimi və diqqətlə hazırlıq deməkdir" Ned Rossiterin fikrincə "Yavaş media vacibdir, çünki onlar real vaxt rejimində medianın monotemporalliyinə mane olurlar". Belə nəzarət metodlarını kontentlə yüklənməsi son dövr postmodernizm ruhunda laqeydlik mövqeyi tutmaq imkanını azaldır.

Xəbər başlıqlarını izləməyi vərdiş etdiyiniz zaman inertlik bir xeyirxahlığa çevrilir. Bu şəbəkə sahibinin əsas strategiyasıdır. Özünə məhdudiyyət qoymaq çağırışlarının olmaması və ya dəyərli informasiyanı tapmaq ümidi ilə ötürülən bütün informasiyaları süzgəcsiz qəbul etdirmək əsas yol seçilib. Manipuliasiya inandırmadan fərqli olaraq təlqin xarakteri daşıyır və subyektin şüurundan yan ötüb psixiki sahəyə keçərək şəxsi şüurla bərabər, ümumi şüurun sahəsinə düşür və passiv qavrama predmeti kimi özünə yer alır. Burada ideya, hiss, emosiya və ya digər psixo-fiziki halın psixiki dairəyə daxil olması prosesi baş verdiyindən onun hədəf tərəfindən qarşısının alınması və qeyri-ixtiyari təsirə düşmə, açıq duyulmayan simvollarla danışmadığından anlaşılmayan axının müqaviməti mümkünsüzdür.

Müqavimət əvəzinə, mükəmməl bir kəşf axtarmaq ümidi ilə gözləri möhkəm bağlayaraq şəbəkəyə qoşuluruq. Qəribədir ki, getdikcə məlumat axınları artıq mental zirehimizdən yan ötə bilmir. Müqavimət qalxanları həmişə hazırdır. Belə güman etmək olar ki, informasiya axınının çoxluğu bizdə özümüzdən asılı olmayan müqavimət yaratmış olub. İmtina və rədd etmə strategiyasının problemi həqiqəti tapa bilməməkdə deyil, populyarlığın olmaması ilə bağlıdır. Belə postmaarifçilik mövqeyi artıq dəbdə deyil. Nistşesayağı həyat tərzi yaşamaq və geniş dəstək gözləmək qeyri-mümkündür. Dünya istisnalarla deyil normallıq və cansıxıcılıq ilə çoxalır. Fərq menyudan olan seçimlə məhdudlaşır.

İnformasiyanın istifadəsində məhdudiyyətlərin ictimai müzakirəsi əxlaq və mənəviyyatla dərsləri ilə yaxınlıq təşkil etdiyindən bu tendensiya siyasətə gəldikdə asanlıqla yumşaq senzuraya yol aça bilər və faervol vasitəsi ilə digər şəbəkə əlaqələrinin qarşısını ala bilər. Məsələn, Çində tətbiq olunan "Qızıl qalxan" kimi.

Zövq sinfi kateqoriyadır və pop mədəniyyətinin yüksək mədəniyyət səviyyəsinə qaldırmaq üçün bütün edilən səylərə baxmayaraq, Qərb cəmiyyətinin mədəni elitası hələ az sayda sənətkarın əsərlərimi üstün tutur.

Pop-mədəniyyəti, kütləvi informasiya vasitələri və ali təhsilin demokratikləşdirilməsi hələ də sənətkarın muxtariyyətini dəyərləndirən mədəni anklavların itməsinə gətirib çıxara bilməmişdir. Liberal Qərb cəmiyyətlərdə daimi böyüməyə yönəldilən vulqar popsanın və ciddi elitar sənətinin dixotomiyası yalançı olur. Büdcə kəsirləri dövründə belə yüksək və aşağı mədəniyyət arasında seçim haqqında danışılmır. Sponsorluq, ianələr, konsertlər üçün yüksək qiymətlər və dolayı subsidiyalar mədəniyyətin dövlət-bazar maliyyələşdirilməsinə müxalif olanların istəyini nəticəsiz edir. "Azad mədəniyyət" baxımından kapitalistlərin-iş adamları tərəfindən dəstəkləmə təşəbbüsü kommunist bir layihə hesab edilə bilər.

Buradakı problem, hərtərəfli bir kanon təklif etməmək deyil, ənənəvi mədəni tənqidlərin yerini alacaq informasiya ilə zəngin mühitdə əlaqələrin qiymətləndirilməsi üçün yeni bir şkalanın axtarışını təmin etməkdir. Ekspertlər və ya həvəskarlar tərəfindən seçilmiş klassiklərin populyarlaşdırılması onlayn kontentin sürətli artımını əks etdirir. Mədəniyyətimizdə "kəmiyyət çevrilmə"sini daha yaxşı anlamağa çağırmaq yerinə, kanonçular bizə yol göstərəcək leitkultur ideyasından yapışırlar.

Leitkultur konsepsiyası 1998-ci ildə alman-ərəb sosioloqu Bassam Tibi tərəfindən təqdim edilən siyasi cəhətdən ziddiyyətli bir anlayışdır. Bu anlayış "istiqamətləndirən mədəniyyət" və ya "aparıcı mədəniyyət" kimi tərcümə edilə bilər. Ancaq kanonistlər mədəni diffuziya dövründə Kris Andersonun "aparıcı kontent"ə ehtiyacı ifadə edən "uzun şleyf" adlandırdığı kütləvi mədəniyyəti ifadə edən müasir anlayışından imtina edirlər. "Keçmiş medianın" özünü mədəniyyət hakimləri elan edənlər, çox mürəkkəb qatları olan hibridizasiya prosesinin, yerdəyişmənin və hesablanmış, ölçülə bilən fərqi anlaya bilmədiklərini nümayiş etdirirlər. Bu gün tənqidçilər dil bacarıqları, distiplinlar yanaşma, texniki təlim və qlobal problemlərin bilikləri (asanlıqla əldə edilə bilən) baxımından müstəsna "mədəni yetkinlik"yə ehtiyac duyurlar. Nostalji kanonunu çağırış, şəxsi üslubları inkişaf etdirmək qabiliyyətini məhdudlaşdırır və yaradıcı işçilərin artan sinfini milli proqramın əsgərləri çevirəcək qədər rolunu azaldır. Biz başqaları haqqında çox şey bilirik, lakin özümüz haqqında heç bir şey bilmirik. "Mən"-in yüklənmə və seçilmə ilə bağlı mübahisələrə səbəb olan yekunda onun itməsidir. Muxtar olan qərb fərdi bacarıq və biliyini "alqoritmin avtoritetinə" təqdim edən bilir və bu autsorsinq aktı subyektə hakimiyyət vermir, əksinə onu daha çox zəiflədir. Nəticədə, Mişel Fukonun "özün texnologiyasını" xatırladan bizim kopmüterlərdə və smatrfonlarda daim dəyişən müvəqqəti kolleksiyaları yaratmağa yönələn "özünü yönəltmək sənəti"ni əldə edirik.

Bizə süzgəcdən keçirmək, unutmaq, seçərək görmək, dinləmək xas xüsusiyyətdir, amma bu o demək deyil ki, hər şeyin bizim əvəzimizə süzülərək təqdim olunması ilə barışmalıyıq. Süzgəclərin təhlükəsi onların görünməməsindədir. Bizə bizi əhatə edən süzgəclərin arxitekturası və mövcudluğunun inkişaf mahiyyətini dərk etmək lazımdır. Biz mədəniyyətə təhrif olunmuş yanaşmalarımızı dərk etmək əvəzinə, onlara arxa çeviririk, bu isə yolveriməzdir. Problem informasiya yüklənməsində deyil, süzgəcin xarab olmasındadır. Süzgəc arxitekturasının dərk edilməməsi informasiyanın həddən artıq yüklənməsinə səbəb olur. Biz quqlun "dünya informasiyalarını təşkil etmək" niyyətinə şübhəli yanaşmalı və onu dövlət nəzarəti və korporativ maraqların bir növ dinamikası ilə idarə edilən məlumatların manipulyasiyası istiqamətində qlobal bir hərəkat kimi nəzərdən keçirməliyik. Lakin hakimiyyətdə olanları qınamağa başlamazdan öncə özümüzdən soruşmalıyıq ki, biz alqoritmik "mən"in autsorsinqinə gətirib çıxaran şişirdilmiş fərdiləşmənin paradoksal dövrünü necə aşaq? Məşhurluq paradiqmasından kənar, zəkadan istifadə etməklə və seçim qabiliyyəti ilə vacib olanı təyin necə etmək lazımdır?

Nikolas Karrın "Quql bizi axmaq edirmi?" adlı məşhur yazısı hərtərəfli korporativ təhlil statusu əldə etdi. Nikolas Karr və onun potensial ikiləşən şəxsiyyəti internet tənqidinin inkişaf edə biləcəyini müxtəlif istiqamətlərdə göstərir. İnternetdə Karrın mətnləri ağıllı, kinik və hədəfə doğru hesablanıb. Qutenberq təcəssümündə Karr özünü artıq mədəniyyət tənqidçisi deyil, məşhur elm jurnalisti olan Con Brokman məktəbinin elmi-kütləvi yazarı kimi təsəvvür edir. Oxuculara radikal fikirləri üçün yaxşı bir nəzəri əsas vermək əvəzinə, Karr kitabın yazılmasını mühafizəkar bir əraziyə çevirir və bunu iki şəkildə edir. Daha əvvəl "Böyük birləşdirici" kitabında olduğu kimi Karr, elmi- kütləvi stilistikaya meyl edərək medianın sadələşdirilmiş nəzəriyyəsini (çox vaxt mənbələri göstərmədən) təqdim edir. İT biznesindən yazan bir yazıçı və ya humanitar elm adamları internetin insan beyninə təsirini araşdıra bilməzlər.

Neyronların dəyişdirilməsi ilə bağlı fərziyyələr əsaslandırıcı dəyişiklikləri maneə törədən dalandır. İnterneti giriş mərhələsindən sonra (1994-cü ilə qədər), dotkoom bumu (2001-ci ilədək) və web 2.0 şəklində (2003-cü ildə) yenidən canlanma kütləvi kommunikasiya vasitəsinə çevrilən (2010-cu ilə qədər) şəbəkə dördüncü inkişaf mərhələsinə çatdı. Bu yeni mərhələdə İnternet gündəlik həyatda bir yer tapdı, soyuducuya inteqrasiya etdi, televizor tutdu, cib telefonlarına inteqrasiya etdi, mətbəxdə reseptlər mənbəyi kimi xidmət göstərdi və s. İstifadənin daha da intensivləşəcəyi aydın görünür, amma bu diqqətimizi az çəkəcək. İnternetin prinsiplərini və məhdudiyyətlərini başa düşdükdən sonra, proqramların uyğunsuzluğundan, rabitənin kəsilməsindən, viruslardan, təkmilləşmələrə ehtiyac duyduqları andan gərginllik illərini geridə qoyacaqlar. Karr: "Şəbəkə, öyrənmə qabiliyyətini özü üçün bir subyekt olmağı azaldır, şüurumuz içində zəngin və əvəzsiz münasibətlər şəbəkəsi qurmaqla fərdi intellekt yaradır".

Lakin istifadəçilər "faydasız düşkünü" deyillər. Bu, "ən yaxşı insanların" təkəbbürlü hökmü ilə məhdudlaşır. Biz hamımız bu yeni vasitələrə uyğunlaşmağa çalışırıq. Yararsız hərəkətlərə vaxt sərf etmək bir universal insan istedadıdır. Biz (ölənə qədər) gözləmək üçün doğulmuşuq. Bu vərdişi aradan qaldırmaq üçün terapevtik tədbirlər görməyi tələb edən böyük bir istifadəçi qrupu da var. Demək olar ki, Karr heç yerdə asılılığı qeyd etmir. Bəlkə bir xəstə kimi özünü görmək istəmir, bəlkə İnternetdən həddindən artıq istifadə çox da pis iş deyil? Burada sinfi aspekt var. İnformasiya işçiləri, ictimai bir təbəqə olaraq, özlərini xəstə kimi tanımaq istəmirlər, çünki kompüterdən həddindən artıq istifadə potensiallı imkanları təmin edən və daha çox bacarıq və sosial hərəkətliliyi artıran bir fəaliyyət kimi qəbul olunur. Terapevtik prosesin dərin şəkildə "qəbul olunması" yalnız yeni mediaqadcet ələ keçirilmişlər üçün lazım ola bilər. Daha az yoluxanlar üçün internet mədəniyyəti tozsoran mərhələsinə girir. Texnologiya arxa plana keçir və burada freydistlərə görə kollektiv şüursuzluq səviyyəsində daha böyük bir gücə malik olur. XX əsrin əvvəllərində və ortalarında məişət alətləri gündəlik həyatı tamamilə dəyişdi. Məişət cihazları ev işini daha səmərəli etdi, ancaq vaxt keçdikcə ev alətləri adiləşdi. Biz onlardan yenə də istifadə edirik, amma artıq danışmırıq. Vətəndaş cəmiyyəti müdafiəçiləri forumlarda mikro dalğalı sobalar qlobal idarəçiliyi qaynar müzakirə etmirlər. Bu tale interneti də gözləyir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli / Metbuat.az

RƏYLƏR

YAZARIN DİGƏR YAZILARI

DİGƏR KÖŞƏ YAZILARI