Axşamın boz və bulanıq görüntüsü var idi. Hələ də Elcan fikirləşirdi ki, aylardır Tiflisdə olsa da, heç onu düz-əməlli axtarıb eləmirlər. Bakıdan aldığı boz paltosunu geydi, köhnəldiyi rəngindən bilinən qara rəngli əyri şlyapasını götürdü və hər gün etdiyi kimi o mənasız və boşluqdan başqa heç nə vəd etməyən yürüyüşünə başladı.
Xaos vəd edirdi hər yan. Nəyə görə səhv etdi? Niyə anidən ən sevdikləri üçün qatil oldu? Kim bilirdi ki, onu 28 il yalnız qoymayan anasının qatili elə məhz odur? Hamı elə bilir ki, anası yenə Rusiyada yaşayan qardaşına baş çəkməyə gedib.
Günorta yeməyini yenə ucuz gürcü kafelərindən birində etdiyi naharla ötüşdürdü Elcan. Bu günlərdə təsadüfən bazarda tanıdığı Laura adlı dul, qamətli gürcü qadını ilə arasında eşq macərası başlamışdı. Nə Laura Elcanı tanıyırdı, nə də o Lauranı. Sadəcə sevişmək üçün bir araya gəlirdilər. Bədənləri danışırdı, toxunuşları ünsiyyət qururdu, dilləri isə susurdu. Elcan bir az idealist adam idi, onun üçün nə fərqi var idi qarşısındakı qadın kimdir? Axı o, heç Lauranı sevmirdi, Laura da onu. Sadəcə doğma gəlirdilər bir-birinə. Kamyu yadlığı mövcud idi aralarında.
Tiflisə yeni gələndə tanıdı Lauranı. Xaçapuri satırdı Marjenaşvili metrosunun çıxışında. Sadəcə gözləri ilə danışdılar. Bir qədəh içki içdilər axşam və səhərə qədər sevişdilər sadəcə. Nə Elcan Lauranı tanıyırdı, nə də Laura Elcanı. Ancaq görüşür, susur və saatlarla fiziki təmasdan başqa heç nə onlar arasında dialoqu göstərmirdi.
Elcan atasının ölümündə anasını günahkar bilirdi. Anası bankda uzun illər yaxşı vəzifələrdə çalışdı, oğlunu çox sevirdi, Elcanı ən yaxşı məktəblərdə oxutdu. Amma o, heç vaxt anasını bağışlamadı. Yaş artdıqca 8 yaşında atasının anası ilə necə dalaşdığını və bu davadan sonra evi tərk edərkən ayağının sürüşüb, yıxılmağı ilə keçindiyini daim gözünün qabağına gətirirdi. Anası arada məzuniyyətə çıxır, Rusiyada yaşayan qardaşının yanına gedir, dəfələrlə Elcanı aparmaq istəsə də, o imtina edirdi.
Elcan anası yaşlandıqca onu sevməyə başlayırdı, sanki atasının o xoş olmayan təsadüf nəticəsində dünyasını dəyişməyi reallığı ilə də barışırdı. Bir gün anasının başqa biri ilə evlənmə xəbəri ortaya çıxanda bütün dünyası darmadağın oldu. O, illərlə anasına nifrət etdi, indi isə anasına yenicə isinişdiyi yaşında başqa biri ilə evlənmək istəyir. Bu, çox adi bir şey idi, Elcanın isə beynində izaholunmaz təlatümlər var idi.
Anasına yenicə yaranan əfv etmə və sevgi instinktini heç kimlə bölüşə bilmirdi. Ona elə gəlirdi ki, anası bu dəfə də onun öülümünə səbəb olacaq, o , tərk edilmək istəmirdi. Anasını öldürməyi və cəsədi həyətdə qazaraq basdırması ilə sonrakı ana qədər olan zamanda nə etdiyini ayıldıqdan sonra fərq etmişdi.
Elcan yaşadığı psixoloji sarsıntılar və pranoyaya uduzdu, hələ də başqa bir şəhərdə gəzir və hamı anasının Rusiyaya getdiyini düşünürdü.
***
İki il sonra.
Elcanı gürcü mətbuatında manşet etmişdilər. Laura adlı satıcı qadının faciəvi şəkildə öldürüldüyü, müqəssirin isə qadınla münasibətdə olduğu bilinən Elcan adlı şəxs olduğu ortaya çıxmışdı.
O, psixi problemi olan məhkumların yanında gedərkən bir şeyi dərk elədi , təklik onu sevərkən dəli olmağa məhkum etmişdi.
Tural İsmayılov
Köşə yazarı
Paranoya - HEKAYƏ
16 Mart 2018, 18:17
25,874
Bu kateqoriyadan digər xəbərlər
“Belə sevgi olmur” -
23.10.2026 17:28
Şairlər ölmür, Allahın yanına qalxırlar...
12.08.2026 11:47
Anar Məcidzadənin sevgi şeirləri...
14.04.2026 22:09
Məhəmməd Asifoğlunun duyğu dolu şeirləri
26.12.2025 15:26
“Mənim adım insafdır, sən ölə bilməzsən...” -
20.11.2023 14:30
Müsyö Ome - 1-ci hissə
06.12.2020 23:04Top xəbərlər
Layihələr
Son xəbərlər
Evli qadına yazılmış sevgi məktubu 200 il sonra üzə çıxdı
Bu gün
·
00:20
Noyabrın 3-də bu rayonda qaz olmayacaq
Bu gün
·
00:12
5 bürcü ilin sonunadək maddi fürsətlər gözləyir
Bu gün
·
00:08
“Roma”dan “Qalatasaray”ın ulduzuna 30 milyonluq təklif
Dünən
·
23:49
Gəncədə 34 yaşlı şəxs bıçaqlandı
Dünən
·
23:35
Noyabrın pensiyaları bu tarixdə ödəniləcək
Dünən
·
23:30
TikTok fenomeninin toyunda faciə oldu - Ölü və yaralılar var
Dünən
·
23:17
Devlet Bahçeliyə ağır itki - FOTO
Dünən
·
23:04
Bu telefon nəhəngi istehsalı dayandırdı
Dünən
·
22:48
Sabah Bakının bu ərazilərində su kəsiləcək
Dünən
·
22:35
İranın ABŞ ilə müharibəyə son qoymaq üçün 7 şərti
Dünən
·
22:24
Xəyalə Mürsəl 9 illik vəzifəsindən azad edildi
Dünən
·
22:10
3-cü dünya müharibəsi bu ölkədən başlayacaq - Tarixçi
Dünən
·
21:37
Dövlət qurumunda əməliyyat keçirildi - Saxlanılan var
Dünən
·
21:09
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı
Dünən
·
21:07