"Bavariya"nın futbolçusu Frank Riberi zədələnib.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Riberi məşq zamanı xəsarət alıb. Müvazinətini saxlaya bilməyən futbolçu qapı dirəyinə kəllə atıb.
Başından xəsarət alan Riberiyə həkimlər elə meydanda ilkin yardım göstəriblər. İlkin tibbi yardımdan sonra futbolçu ayağa qalxsa da, məşqi davam etdirə bilməyib.
Onun zədəsi ilə bağlı dolğun məlumat tibbi yoxlanışdan sonra veriləcək.
Milli.Az