İnanılmaz dəyişiklik

Doğuşdan çökmüş çənə ilə dünyaya gələn Vijitpraphorn Punbunun həyatı Taylandda yayımlanan bir televiziya yarışmasını qazanması ilə tamamilə dəyişib.

Metbuat.az “Mynet.com”a istinadən xəbər verir ki, 19 yaşlı koreyalı qız yarışmanı qazanarsa heç bir xərc çəkmədən estetik əməliyyatla mükafatlandırılacaqdı.

Gənc qızda bu, sadəcə estetik bir problem deyildi. Çənəsindəki və dişlərindəki problemlər onun yuxusunda nəfəs almasına da mane olurdu. Həddindən artıq xoruldama, yemə problemləri və ciddi həzm problemi yaşayırdı. Gənc qızın xəyalı gerçək olub və o, yarışmanı qazanıb.

Taylandda bir neçə estetik əməliyyat keçirən gənc qız 3 ay ailəsindən ayrı qalaraq və ağrılara dözərək əməliyyat prosedurlarından keçib. Nəticə isə inanılmaz olub. Pundu əməliyyatdan sonra tanınmayacaq qədər dəyişib.

Özünə inamı artan Pundu son halı ilə bağlı “ hamısı buna dəydi. Nəticədə hər kəs gözəl olmaq istəyir. Əməliyyatlar keçirilənə qədər qəmgin və tənha bir həyat yaşadım. İnsanlar mənə həyatım boyunca gülərək baxdılar. Amma artıq hamısı geridə qaldı”.

Pundunun həyatında sadəcə üzü dəyişməyib. Gənc qadına ölkəsindən və Taylanddan modellik təklifləri gəlib.






https://metbuat.az/news/1001707/agzinda-dis-ile-do...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR