Görülən, amma gəzilə bilməyən 1000 illik qala

Osmanlı və gürcü mədəniyyətlərinin izlərini daşıyan, amma hərbi bölgə içində qaldığı üçün icazəsiz gəzilə bilməyən 1000 illik Artvin qalası turizmə qazandırılaraq ziyarətə açılacaq.

Metbuat.az “Posta.com”a istinadən xəbər verir ki, gürcü krallığı tərəfindən 10-cu əsrdə inşa edildiyi güman edilən qala şəhər girişindəki Çoruh çayının kənarında yerləşən qayalığın üzərindəki ehtişamlı görüntüsü ilə təbiət və tarix həvəskarlarını özünə heyran buraxır. Hərbi bölgə sərhədləri daxilində yerləşdiyi üçün xüsusi icazə ilə gəzilə bilən qalaya turistik ziyarət edilə bilmir.

2004-ci ildə bərpa edildikdən sonra 2012-ci ildə işıqlandırılan şəhərin ən qədim tarixi quruluşu xüsusiyyətinə malik olan qalanın Artvin Bələdiyyəsinin təşəbbüsləri ilə ətraf mühit dəyişikliklərinin aparılmasından sonra ziyarətə açılması planlaşdırılır.

Mədəni varlıqlar və muzeylər müdiri Yalçın Kurt etdiyi açıqlamada qalanın qaya üzərində inşa edilmiş möhtəşəm bir quruluş olduğunu deyib. Kurt təxminən min illik keçmişi olan bir qalanın turizmə qazandırılması üçün keçmiş illərdə bərpa olunduğunu deyib.





https://metbuat.az/news/1003149/inanilmaz-deyisikl...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR